Baş həkim

Dr. Elfanə Süleymanova

ELF Sağlamlıq Mərkəzinin direktoru, terapevt-osteopat, bütüncül (integrativ) tibb həkimi

Təhsil və peşəkar yol

Azərbaycanın ilk osteopatlarından biri. Azərbaycanda ali tibb təhsili alıb, osteopatiyanı Rusiyada öyrənib və Almaniyada praktik proqramda iştirak edib. Beynəlxalq səviyyədə tanınmış mütəxəssislərdən yeni texnikaları öyrənməyə davam edir.

  • Ali tibb təhsiliAzərbaycan Tibb Universiteti, Müalicə fakültəsi (2001–2007)
  • Osteopatiya ixtisasıSankt-Peterburq Osteopatiya İnstitutu (2014-cü ildən)
  • Almaniyada praktikaNiedersachsen Klinikum Leer — onurğa cərrahiyyəsi üzrə praktik təcrübə, fəqərəarası disk yırtıqlarının müalicəsi
  • İş təcrübəsi2014-cü ildən «Bioloji Müalicə» klinikasında həkim-terapevt osteopat
  • Baş həkimMasallı «Bioloji Müalicə» klinikasının baş həkimi (2018–2020)
  • ELF Center2022-ci ildən ELF Sağlamlıq Mərkəzinin direktoru
Həkimlik fəaliyyətimdə və mərkəzimizin işində əsas məqsədimiz insan orqanizminə ziyan vurmadan, insanı bütöv şəkildə müalicə etməkdir.
Elm və tədris

Elmi və akademik fəaliyyət

Osteopatiyanı Azərbaycanda inkişaf etdirmək və gələcək mütəxəssisləri hazırlamaq Dr. Elfanənin fəaliyyətinin ayrılmaz hissəsidir.

Uşaqlarda yastıayaqlılıq üzrə elmi tədqiqat — University College London (UCL), İdman, Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutu (ISEH) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr proqramı çərçivəsində. Tədqiqatda 35-dən çox uşaq iştirak edib. Elmi rəhbər — Prof. Mike Lusemoure (UCL, Böyük Britaniya).

Alman Osteopatiya Akademiyasının (Osteopathie Schule Deutschland) Azərbaycan filialının təsisçi tərəfdaşı və ev sahibi.

Skolioz Akademiyasının qurucusu — 16 yaşa qədər uşaqlar üçün qrup reabilitasiya proqramı.

«Skoliozun bütüncül müalicəsi» kursunun müəllifi — reabilitoloq və fizioterapistlər üçün 10 dərslik ixtisasartırma proqramı.

Kinezioteypləmə (kineziobantlama) üzrə müəllif kursunun aparıcısı.

Azərbaycan Tibb Universitetinin Fizioterapiya və Tibbi Reabilitasiya fakültəsinin tələbələri üçün mütəmadi görüşlər və praktika proqramı (2022-ci ildən).

Azərbaycan İdman Akademiyasının son kurs tələbələri üçün klinik praktika proqramı.


Mükafat

Peşəkar həkim-osteopat mükafatı

Woman Global Awards
Azərbaycanda təşkil olunan, 20-dən çox ölkədən iştirakçının qatıldığı tədbirdə

Çıxışlar və tədbirlər

  • «Çanaq sümüklərinin qadın orqanizminin sağlamlığında rolu» — GələcəkSən layihəsi
  • «Gözəllik içdən başlayır» — süd vəzisinin sağlamlığı proqramı, ELF Center
  • «Sağlam Yaşlanmada Hərəkətin Rolu» — Güvən Dayə Xidməti, Karyera və İnkişaf Akademiyası, ELF Center və Seni Azərbaycan-ın birgə maarifləndirici təlim proqramı
  • Stress idarəetməsi mövzusunda podkast çıxışı
Mətbuat

Mətbuatda

Son Xəbər · 11 sentyabr 2022

Osteopat-terapevt Elfanə Süleymanova ATU tələbələri üçün görüş keçirdi

Azərbaycan Tibb Universitetinin Fizioterapiya və Tibbi Reabilitasiya fakültəsinin 22 tələbəsi ELF Health Center-də görüş keçirdi. Dr. Elfanə Süleymanova görüşlərin davamlı olacağını və növbəti görüşlərdə tələbələrin prosedurları müşahidə etmək imkanı qazanacağını bildirdi.

Yazını oxu

Televiziya verilişləri

  • «Həkim işi» — Onurğa sütunu problemlərində osteopatiya
  • «Analar məktəbi» — Skolioz və digər qamət pozulmaları
  • «Antivirus» — Onurğa sütunu xəstəlikləri
Komanda

Tək işləmirik

Yaxşı nəticənin arxasında həmişə komanda işi dayanır. ELF Center-də osteopatlar, fizioterapevtlər, reabilitoloqlar, masaj mütəxəssisləri və məşqçilər birlikdə çalışır.

Görünüş və əlçatanlıq

Rejim
Mətn

Oxunaqlı rejimdə hərf və söz aralığı genişlənir, sətirlər uzanır, kursiv və böyük hərf yığını söndürülür.

Rəng
Keçidlər və göstərici

Kömekçi mətnlər açıq olanda ikon və düymələrin izahı kursor üzərinə gələndə və ya klaviatura ilə seçiləndə görünür.

Hərəkət və media

Seçimlər yalnız bu brauzerdə saxlanılır.

seç · Enter aç · Esc bağla