Skolioz

Onurğa sütununun yana əyilməsi. Hər 5 məktəblidən 3-ündə rast gəlinir.

Normal onurğa sütununda fəqərələr öndən və arxadan baxıldıqda düz bir xətt üzərində uzanır. Skolioz bu xəttin sağa və ya sola əyilməsi ilə xarakterizə olunan deformasiyadır və «S» ya da «C» formasını alır.

Onurğa əyri olduqda fəqərələr fırlanır. Bu, döş hissəsində olarsa qabırğa qabarıqlığı, bel-oma nahiyəsində isə asimmetriya ilə nəticələnə bilər. Əyrilik döş qəfəsinin həcmini azaldır.

1

Skoliozun 4 əsas növü

  • Seqmentar skolioz — onurğanın yalnız bir seqmenti əyilir, qalan hissə düz qalır
  • Dorsal skolioz — ən çox yayılmış tip; onurğa kürəyə tərəf sağa və ya sola əyilir, fəqərələrin fırlanması ilə müşayiət olunur
  • Lordozlu skolioz — əyrilik bel nahiyəsində, qarın istiqamətində qabarıqlıq şəklində
  • Kifozlu skolioz — əyrilik döş nahiyəsində, kürəyin bel istiqamətində qabarıqlığı şəklində
2

Səbəbləri

  • Genetik meyillilik
  • Səhv duruş — uzun müddət düzgün olmayan pozada oturmaq
  • Doğuş travmaları (o cümlədən keysəriyyə zamanı) və sonrakı onurğa zədələnmələri
  • Qeyri-müntəzəm boy artımı — yetkinlik dövründə sümüklərin qeyri-bərabər böyüməsi
  • Ağır və düzgün daşınmayan məktəbli çantası
3

Vaxtında müalicə edilməsə

  • Ağciyər həcminin azalması və toxumalarda xroniki oksigen çatışmazlığı
  • Kiçik qan dövranı çevrəsində təzyiqin artması
  • Döş qəfəsində ağrılar və təngnəfəslik
  • Böyrəklərin işinin pozulması
  • Onurğa beyni kökcüklərinin sıxılması
  • Çanaq orqanlarının funksiyasının pozulması
4

Bizim yanaşmamız

Skoliozlu pasiyentə vahid orqanizm kimi yanaşılmalıdır. Müalicənin məqsədi zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların işinin də bərpasıdır. Osteopatiya + fizioterapiya + reabilitasiya + müalicəvi masaj birlikdə tətbiq olunur.

5

Osteopatiya ilə skolioz necə müalicə olunur?

  • Fasiyaların sərbəstləşdirilməsi — toxuma gərginliyi azaldılaraq balans bərpa olunur
  • Onurğanın mobilizasiyası — hərəkət məhdudiyyətləri aradan qaldırılır
  • Duruşun korreksiyası — manual texnikalarla onurğa və əzələ balansı təmin edilir
  • Tənəffüs diafraqmasının tənzimlənməsi
  • Holistik yanaşma — problemin kökü araşdırılır
Skoliozun 4 əsas növü — sxematikSeqmentaröndənDorsalöndənLordozluyandanKifozluyandan
Qırmızı hissə əyriliyin yerləşdiyi seqmenti, kiçik xətlər fəqərələrin fırlanmasını göstərir. Sxem məlumat üçündür — dərəcə ölçüsü deyil.

Tətbiq etdiyimiz üsullar

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Şrot (Schroth) terapiyası

Skoliozun müalicəsində istifadə olunan xüsusi nəfəs və duruş terapiyası.

Müalicəvi bədən tərbiyəsi (MBT)

Təkcə müalicə kifayət etmir — hərəkət də vacibdir. Ən yaxşı nəticə davamlı məşqlə əldə olunur.

Müalicəvi masaj

Kompleks müalicənin bir hissəsi olmaqla yanaşı, tək halda da tətbiq olunan tibbi prosedur.

Fizioterapiya

Hər ağrı eyni olmur — ona görə hər pasiyentin müalicəsi də eyni olmamalıdır.

Onurğa və postur analizi

Bədənin necə dayandığı, hərəkət etdiyi və yükü necə payladığı bir çox funksional dəyişiklik haqqında məlumat v…

Skoliozun 4 əsas növü

Dr. Elfanə Süleymanova və onurğa sxemi — skoliozun 4 əsas növü posteri
Seqmentar, dorsal, lordozlu və kifozlu skolioz — dördü də fərqli nahiyədə və fərqli mexanizmlə yaranır.

Bu mövzuda oxumalı yazılar

Əlaqəli problemlər

Mənbələr və əlavə oxu

Görünüş və əlçatanlıq

Rejim
Mətn

Oxunaqlı rejimdə hərf və söz aralığı genişlənir, sətirlər uzanır, kursiv və böyük hərf yığını söndürülür.

Rəng
Keçidlər və göstərici

Kömekçi mətnlər açıq olanda ikon və düymələrin izahı kursor üzərinə gələndə və ya klaviatura ilə seçiləndə görünür.

Hərəkət və media

Seçimlər yalnız bu brauzerdə saxlanılır.

seç · Enter aç · Esc bağla