Boyun ağrısı və «telefon boynu»

Uzun müddət başı aşağı əymək boyun əzələlərinə böyük yük yaradır və zamanla ağrıya səbəb olur.

Boyun gərginliyi hər zaman yalnız xəstəliklə bağlı olmur. Bəzən səbəb gündəlik vərdişlərimizdə gizlənir: yanlış yuxu mövqeyi, uzun müddət telefona baxmaq, düzgün olmayan oturuş.

Zamanla bu gərginlik sinirləri sıxaraq baş ağrısı, yuxusuzluq, qol keyiməsi və hətta görmə problemlərinə yol aça bilər.

1

Boyun ağrısına səbəb olan hallar

  • Degenerativ disk xəstəliyi
  • Boyun dartınması və travmaları (whiplash)
  • Disk yırtığı və ya sinir sıxışması
  • Atlas (birinci boyun fəqərəsi) üzərində artmış yük
  • Sternocleidomastoid (SCM) əzələsində gərginlik
  • Kondisionerin yaratdığı ani temperatur dəyişikliyi
2

Boyun xırçıldatmağın zərərləri

  • Oynaqların və qığırdaq toxumasının aşınması, uzunmüddətdə artroz riski
  • Sinirlərin sıxılması — ağrı, keyləşmə, hərəkət məhdudiyyəti
  • Boyundakı iri damarların sıxılması — başgicəllənmə, insult riski
  • Ligamentlərin zədələnməsi və boyun sabitliyinin pozulması

Tətbiq etdiyimiz üsullar

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Quru iynələmə (Dry Needling)

Əzələ daxilindəki gərginlik nöqtələrinə (trigger point) hədəfə yönəlmiş müdaxilə.

Müalicəvi masaj

Kompleks müalicənin bir hissəsi olmaqla yanaşı, tək halda da tətbiq olunan tibbi prosedur.

Graston terapiyası

Xüsusi metal alətlərlə dərin toxumalara təsir edən fasiya terapiyası.

Fizioterapiya

Hər ağrı eyni olmur — ona görə hər pasiyentin müalicəsi də eyni olmamalıdır.

Boyun ağrısı sadəcə ağrı deyil

Boyun fəqərələri təsviri: «Boyun ağrısı sadəcə ağrı deyil — bədəninin kömək siqnalıdır»
Boyun ağrısı sadəcə ağrı deyil — bədəninin kömək siqnalıdır.
Boyun ağrısının ən yayılmış səbəbləri siyahısı
Ən yayılmış səbəblər: telefon boynu, yanlış duruş, stress, əzələ spazmı və yatarkən yanlış poza.
Boyundakı gərginliyin yol aça biləcəyi simptomlar siyahısı
Boyun gərginliyi baş ağrısı, qolda keyimə, konsentrasiya, görmə və yuxu problemlərinə yol aça bilər.

Bu mövzuda oxumalı yazılar

Əlaqəli problemlər

Mənbələr və əlavə oxu

Görünüş və əlçatanlıq

Rejim
Mətn

Oxunaqlı rejimdə hərf və söz aralığı genişlənir, sətirlər uzanır, kursiv və böyük hərf yığını söndürülür.

Rəng
Keçidlər və göstərici

Kömekçi mətnlər açıq olanda ikon və düymələrin izahı kursor üzərinə gələndə və ya klaviatura ilə seçiləndə görünür.

Hərəkət və media

Seçimlər yalnız bu brauzerdə saxlanılır.

seç · Enter aç · Esc bağla