Komandamız
Yaxşı nəticənin arxasında həmişə komanda işi dayanır. Hər qəbulun, hər zəngin və hər qeydiyyatın arxasında böyük bir komanda var — 13 mütəxəssis, iki filial.
Dr. Elfanə Süleymanova
ELF Sağlamlıq Mərkəzinin direktoru, terapevt-osteopat, bütüncül (integrativ) tibb həkimi
- Ali tibb təhsiliAzərbaycan Tibb Universiteti, Müalicə fakültəsi (2001–2007)
- Osteopatiya ixtisasıSankt-Peterburq Osteopatiya İnstitutu (2014-cü ildən)
- Almaniyada praktikaNiedersachsen Klinikum Leer — onurğa cərrahiyyəsi üzrə praktik təcrübə, fəqərəarası disk yırtıqlarının müalicəsi
Lalə Rzayeva — profilLalə Rzayeva
Həkim-reabilitoloq, osteopat
Mən həkim-reabilitoloq və osteopatam, insanın bərpası və funksional sağlamlığı sahəsində fəaliyyət göstərirəm. İşimdə orqanizmə vahid bir sistem kimi yanaşıram və mənim üçün əsas məqsəd yalnız ağrını aradan qaldırmaq deyil, onun səbəbini müəyyən edərək orqanizmin düzgün fəaliyyətini bərpa etməkdir. Hər bir pasiyentə fərdi yanaşır, ətraflı qiymətləndirmə aparır və bərpa prosesini diqqətlə və mərhələli şəkildə qururam. Əsas məqsədim insana hərəkət azadlığını, yaxşı həyat keyfiyyətini və öz bədəninə olan inamını qaytarmaqdır. Peşəkar inkişafıma daim davam edirəm, çünki müasir həkimin bütün fəaliyyəti boyu öyrənməli və müasir, effektiv və elmi əsaslara söykənən metodlardan istifadə etməli olduğuna inanıram.
Səmra Rzayeva — profilSəmra Rzayeva
Fizioterapist
Fəaliyyət istiqamətim əsasən dayaq-hərəkət sistemi, postural problemlər və ağrıların azaldılmasıdır. Xüsusi fəaliyyət istiqamətim skoliozun reabilitasiyasıdır. Əsasən Schroth metodu əsasında fərdi korreksiya məşqlərindən istifadə edir, onurğanın üçölçülü deformasiyasına uyğun yanaşma tətbiq edirəm. Xüsusilə orta və irəliləmiş dərəcəli skoliozlarda postural korreksiya, bədən simmetriyasının yaxşılaşdırılması, düzgün tənəffüsün formalaşdırılması və funksional hərəkətin inkişafı üzərində çalışıram.
Gülşən Allahverdiyeva — profilGülşən Allahverdiyeva
Müalicəvi masaj mütəxəssisi
ELF Center-də müalicəvi masaj mütəxəssisi kimi fəaliyyət göstərirəm. Üz-çənə asimmetriyası, valqus deformasiyası, visseral masaj, limfodrenaj, onurğa və postural pozğunluqlarda həkimin təyinatına uyğun masaj tətbiq edirəm.
Aytən Kərimova — profilAytən Kərimova
Masajist
Mən Aytən, ELF Center-də masajist kimi fəaliyyət göstərirəm. Müştərilərimin rahatlığı və özlərini daha yaxşı hiss etmələri mənim üçün önəmlidir. İşimə məsuliyyətli və diqqətli yanaşır, hər bir müştərimin ehtiyacına uyğun xidmət göstərməyə çalışıram.
Xanım Abdullayeva — profilXanım Abdullayeva
Reabilitasiya mütəxəssisi
Fizioterapiya və reabilitasiya sahəsində fəaliyyət göstərir, osteopatiya üzrə ixtisaslaşaraq peşəkar biliklərimi davamlı inkişaf etdirirəm. Əsas fəaliyyət istiqamətlərimə postural pozğunluqlar, skolioz, dayaq-hərəkət sistemi problemləri, əzələ-skelet ağrıları və funksional hərəkət məhdudiyyətlərinin reabilitasiyası daxildir. Pasiyentə fərdi və bütöv yanaşmanı əsas prinsipim hesab edir, xüsusilə pediatrik reabilitasiya istiqamətində ixtisaslaşmağa yönəlirəm.
Seymur Süleymanlı — profilSeymur Süleymanlı
Fizioterapist-reabilitoloq
Ümumi dayaq-hərəkət problemlərinin reabilitasiyası, nevroloji problemlərdən sonra reabilitasiya, əməliyyatdan əvvəl və sonrakı reabilitasiya, manual terapiya və osteopatik texnikalardan istifadə edirəm. Hal-hazırda öz sahəmdə həm doktorant olaraq, həm də İdman Akademiyasında müəllim olaraq davam edirəm.
Lamiyə Nəcəfova — profilLamiyə Nəcəfova
Menecer və qeydiyyatçı
ELF Center-də pasiyentlərimizin qarşılanması, qeydiyyatı və onlara lazım olan məlumatların verilməsi ilə məşğulam. Mənim üçün hər bir pasiyentin mərkəzə daxil olduğu ilk andan özünü rahat və güvəndə hiss etməsi çox önəmlidir.
Ayşən Yasinova — profilAyşən Yasinova
Masajist və hicama üzrə mütəxəssis
Mərkəzimizdə sağlamlığınızı bərpa etmək və bədəninizə yenidən enerji qazandırmaq üçün peşəkar masaj və müalicəvi hicama xidmətləri göstərilir. Mütəxəssis olaraq bədəndəki gərginliyi və əzələ ağrılarını aradan qaldırmaq üçün sizə fərdi yanaşma təqdim edirəm.
Aysel Hüseynova — profilAysel Hüseynova
Fizioterapevt
Dayaq-hərəkət sistemi, nevroloji xəstəliklər, onurğa və postur pozğunluqları zamanı reabilitasiya proqramının tətbiqi ilə məşğul olur. Pasiyentin funksional vəziyyətini və fərdi ehtiyaclarını nəzərə alaraq reabilitasiya prosesini planlaşdırıb icra edir.
Ramin Rüstəmov — profilRamin Rüstəmov
Uzman fizioterapevt
Türkiyənin Sağlıq Elmləri Universitetində Fizioterapiya və Reabilitasiya ixtisasını bitirmişəm və eyni sahə üzrə 2 magistratura təhsili almışam.
Əli Məmmədov — profilƏli Məmmədov
Fizioterapist
Dayaq-hərəkət sistemi problemləri, nevroloji xəstəliklər, hərəkət məhdudiyyətləri, əzələ zəifliyi, zədələrdən, əməliyyatdan əvvəl və sonrakı reabilitasiyası ilə məşğulam.
Nəzrin Abdullayeva — profilNəzrin Abdullayeva
Qeydiyyatçı
Mən, Nəzrin Abdullayeva, Elfcenter Skolioz və Reabilitasiya Mərkəzində qeydiyyatçı vəzifəsində çalışıram. Pasiyentlərin qarşılanması və qeydiyyat prosesinin düzgün və operativ şəkildə həyata keçirilməsini təmin edirəm. Pasiyentlərin müraciətlərini dinləyir, onları uyğun həkim və mütəxəssislərə yönləndirirəm. Qəbul vaxtlarının təşkili və pasiyentlərin məlumatlandırılması əsas vəzifələrimdəndir. Mərkəzdə göstərilən xidmətlər haqqında pasiyentlərə ilkin məlumat verirəm. Hər bir pasiyentlə nəzakətli, diqqətli və anlayışlı ünsiyyət qurmağa çalışıram. Məqsədim pasiyentlərin mərkəzə müraciətindən etibarən rahat və düzgün xidmət almasına dəstək olmaqdır.
Komandamız öyrənməyə davam edir
Mütəxəssislərimiz beynəlxalq təlimlərdə iştirak edir və Alman Osteopatiya Akademiyasının tələbələridir. Mərkəzimizdə Almaniya, Belçika, Böyük Britaniya və İrandan gələn müəllimlər dərs aparıb.