Qəbul yeri: ELF Center Sumqayıt — Sumqayıt şəhəri, Sülh küçəsi, 36-cı məhəllə
Özü haqqında
Türkiyənin Sağlıq Elmləri Universitetində Fizioterapiya və Reabilitasiya ixtisasını bitirmişəm və eyni sahə üzrə 2 magistratura təhsili almışam.
Manual terapiya, Osteopatiya, FDM, Skolyoterapiya və Quru İynələmə kimi metodlardan istifadə edərək pasiyentin vəziyyətini fərdi şəkildə qiymətləndirir, problemin səbəbini müəyyənləşdirir və ona uyğun müalicə və reabilitasiya proqramı hazırlayıram.
Əsas fəaliyyət istiqamətlərim dayaq-hərəkət sistemi problemləri, postural pozuntular, ortopedik və cərrahiyyə sonrası reabilitasiyadır.