Zəli terapiyası qan dövranını gücləndirir, bədənin özünü bərpa proseslərini aktivləşdirir və iltihabları azaldır. Bədəndəki durğunluğu aradan qaldırır, toxumaların qidalanmasını və enerji balansını bərpa etməyə kömək edir.
1Üstünlükləri
Zəlinin ağız suyunda olan oliqoraza fermenti varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır.
Hirudoterapiya ənənəvi tibbdə daha çox venoz durğunluq və lokal ödem şikayətlərində köməkçi üsul kimi tətbiq olunur. Onu əsas müalicənin əvəzi kimi təqdim etmirik: hansı halda uyğun olduğu, hansı halda olmadığı müayinədə həll olunur.
2Kosmetik tətbiq
Zəlinin fermentləri ilə üz dərisi cavanlaşır, qidalanır, daha təravətli olur və təbii yolla liftinq effekti yaranır. Xüsusilə yağlı dərilər üçün uyğundur — dəri altı səpkiləri azaldır, kiçik mimik qırışları aradan qaldırır.
Hansı hallarda müraciət etmək olar?
- Venoz durğunluq şikayətləri
- Ayaqlarda ağırlıq hissi
- Lokal ödem
- Osteoxondroz