Bruksizm sadəcə diş problemi deyil. Bu, çox vaxt sinir sisteminin gərginliyi, çənə oynağının disfunksiyası, tənəffüs pozğunluqları və hətta xroniki stressin bədənə verdiyi cavabdır.
1Əlamətlər
- Səhər baş ağrısı ilə oyanmaq
- Çənə və gicgah nahiyəsində ağrı
- Ağız açarkən klik səsi
- Dişlərin aşınması və həssaslığı
- Boyun və çiyin gərginliyi
2Gündəlik həyatla əlaqəsi
Uzun müddət kompüter qarşısında qalmaq başın önə duruşuna və çiyin gərginliyinə səbəb olur. Gün ərzində toplanan bu gərginlik gecələr diş sıxma ilə davam edə bilər.
3Biz nəyə baxırıq?
- Kəllə və boyun biomexanikası
- Sinir sisteminin gərginlik səviyyəsi
- Tənəffüs və duruş əlaqəsi
- Gicgah-çənə oynağının hərəkətliliyi
Boyun, kəllə əsası və gicgah-çənə oynağı bir-biri ilə əlaqəli işləyir. Fasiya yanaşmasına görə çənədəki gərginlik bədənin dərin xətti boyunca ayaqlara qədər uzanan zəncirin bir hissəsi ola bilər.
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat
Bununla bağlı problemlər
Oxumağa davam et
Mənbələr və əlavə oxu
- Teeth grinding (bruxism) — NHS (Böyük Britaniya)
- Temporomandibular disorder (TMD) — NHS (Böyük Britaniya)