Skolioz təkcə qamət problemi deyil

Vaxtında diqqət edilmədikdə bel və boyun ağrıları, yorğunluq və hərəkət məhdudiyyəti yarana bilər.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Oturaq vəziyyətdə gərgin iş rejimi onurğa əyilməsinə və skolioza yol aça bilər. Onurğanın əyriliyi mütləq şəkildə sinə və çanaq sümüklərinə mənfi təsir göstərir. Bu, daxili orqanların mövqeyinin pozulmasına və onların işində pozuntulara səbəb olur.

1

Skoliozun mümkün ağırlaşmaları

  • Ağciyər həcminin azalması və nəticədə orqan və toxumalarda xroniki oksigen çatışmazlığı
  • Kiçik qan dövranı çevrəsində qan təzyiqinin artması və sağ mədəcik yetməzliyi
  • Döş qəfəsində ağrılar
  • Təngnəfəslik
  • Dodaqların göyərməsi
  • Zəiflik, bayılma
  • Böyrəklərin işinin pozulması
  • Sidik-ifrazat orqanlarının iltihabi xəstəlikləri
  • Onurğa beyni və onurğa beyni kökcüklərinin işinin pozulması
  • Hissiyyatın və əzələ gücünün — iflicə qədər — azalması
  • Çanaq orqanlarının funksiyasının pozulması

Qabırğa qövsünün birinin digərinə nisbətən daha qabarıq olması, kürək sümüklərinin qeyri-bərabər yerləşməsi, çanaq sümüklərinin asimmetriyası təkcə zahirdən pis görünməklə yanaşı, daxildən də ciddi fəsadlara səbəb olur.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Bununla bağlı problemlər

Bu mövzuda tətbiq etdiyimiz üsullar

Oxumağa davam et

Mənbələr və əlavə oxu

Görünüş və əlçatanlıq

Rejim
Mətn

Oxunaqlı rejimdə hərf və söz aralığı genişlənir, sətirlər uzanır, kursiv və böyük hərf yığını söndürülür.

Rəng
Keçidlər və göstərici

Kömekçi mətnlər açıq olanda ikon və düymələrin izahı kursor üzərinə gələndə və ya klaviatura ilə seçiləndə görünür.

Hərəkət və media

Seçimlər yalnız bu brauzerdə saxlanılır.

seç · Enter aç · Esc bağla