Bu, struktural skoliozdan fərqli və düzgün yanaşma ilə tam bərpa oluna bilən vəziyyətdir. Fərqi ayırd etmək müalicə planını tamamilə dəyişir.
1Skoliotik duruş ≠ struktural skolioz
- Struktural skoliozda fəqərələr fırlanır, dəyişiklik sümük səviyyəsindədir
- Skoliotik duruşda sümük quruluşu sağlamdır, problem əzələ və fasiya balansındadır
- Skoliotik duruş oturaq və ya öndən əyilmə testində düzəlir; struktural skolioz düzəlmir
2Nə edilir?
- Əzələ və fasiya balansı bərpa edilir
- Çanaq və diafraqma gərginliyi azaldılır
- Bədənin simmetrik duruşu bərpa olunur
- Düzgün hərəkət vərdişləri formalaşdırılır
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat