Proloterapiya və PRP

Zədələnmiş bağ və vətərlərin bərpası üçün regenerativ müalicə üsulu.

Proloterapiya zədələnmiş, dartılmış və ya zəifləmiş vətər, bağ və oynaqların bərpası üçün tətbiq olunan metoddur. Xroniki ağrının olduğu nahiyəyə yeridilən inyeksiya nəzarətli iltihab yaradaraq yeni və sağlam toxumaların formalaşmasına təkan verir.

1

PRP proloterapiya nədir?

PRP (Platelet Rich Plasma) — pasiyentin öz qanından götürülən plazmanın xüsusi aparat vasitəsilə zənginləşdirilməsi və zədələnmiş toxumalara yeridilməsi üsuludur. Öz bədən materialından istifadə edildiyi üçün allergik reaksiya riski minimaldır.

2

Hansı hallarda tətbiq olunur?

  • Bel, boyun və kürək ağrıları (yırtıq, osteoxondroz, əməliyyat sonrası)
  • Tendonit və ligamentit — vətər və bağlarda sağalmayan xroniki ağrılar
  • Artroz və osteoartrit
  • Diz ağrıları — xondromalyasiya, menisk və ligament zədələnmələri
  • Tennisçi və qolfçu dirsəyi (epikondilit)
  • Plantar fasiit
  • Koksigodiniya (büzdüm ağrısı)
  • Spondilolistezis (bel sürüşməsi)
  • Karpal tunel sindromu
  • Donmuş çiyin
  • Morton nevrinoması
  • Qasıq sümüyü osteiti

Proloterapiya idman zədələnmələrində də ideal seçimdir — idmançılara müalicə dövründə məşqləri davam etməyə imkan verir və eyni zamanda zədələnən toxumanı bərpa edir.

Hansı hallarda müraciət etmək olar?

  • Xroniki bağ və vətər ağrıları
  • Artroz
  • İdman zədələri
  • Menisk problemləri

Bu üsulun tətbiq olunduğu problemlər

Bu üsul haqqında tibbi yazılar

Digər i̇ynə terapiyaları üsulları

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.

Görünüş və əlçatanlıq

Rejim
Mətn

Oxunaqlı rejimdə hərf və söz aralığı genişlənir, sətirlər uzanır, kursiv və böyük hərf yığını söndürülür.

Rəng
Keçidlər və göstərici

Kömekçi mətnlər açıq olanda ikon və düymələrin izahı kursor üzərinə gələndə və ya klaviatura ilə seçiləndə görünür.

Hərəkət və media

Seçimlər yalnız bu brauzerdə saxlanılır.

seç · Enter aç · Esc bağla