Yastıayaqlıq (yastıpəncəlik)

Ayaq qövsünün itməsi. Sadəcə ayaq problemi deyil — bədənin ümumi balansının pozulmasıdır.

Yastıayaqlıq ayaq tağının düzgün formalaşmaması nəticəsində yaranır. Vaxtında müdaxilə edilmədikdə duruş pozğunluqlarına, diz və bel ağrılarına, hətta skoliozа səbəb ola bilər.

1

Müraciət edən pasiyentlərdə rastlaşdığımız nüanslar

  • 2–5 yaşa qədər yastıayaqlıq diaqnozu təyin olunmur, çünki o yaşlarda ayaq tağı hələ formalaşmaqda davam edir
  • Yastıayaqlıq olduğunu düşünüb müraciət edən pasiyentlərin 60%-də bud displaziyası və ya çanaq disfunksiyası rast gəlinir
  • Doğuş travması valgus deformasiyasını yarada bilər
  • Həzm sistemi problemləri yastıayaqlıqda vacib rol oynayır
2

Ortopedik ayaqqabı və supinator haqqında

Ortopedik ayaqqabı ilk növbədə tibbi ayaqqabıdır. Onun konstruksiyası ayaqda, baldırda və ya buddakı patoloji dəyişikliklər nəzərə alınaraq hazırlanır və yalnız həkim tərəfindən, ətraflı müayinədən sonra sifarişlə təyin olunur.

Kiçik uşaqlarda supinatorun təzyiq etdiyi yerdə massiv yağ yastığı yerləşir. Medial qövsü formalaşdıran sümük hələ sümükləşməyib və qığırdaqdan ibarətdir — buna görə supinatorun qövsün formalaşmasına təsir etdiyini düşünmək düzgün deyil.

3

Elmi tədqiqat

Uşaqlarda yastıayaqlılıqla bağlı tədqiqat University College London, ISEH və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr proqramı çərçivəsində aparılıb. Tədqiqatda 35-dən çox uşaq iştirak edib.

Pəncə qövsü: normal və yastıayaqlıqNormal qövsYastıayaqlıq
Normal pəncədə daxili qövs yerə toxunmur (nöqtəli xətt). Yastıayaqlıqda qövs enir və pəncə demək olar bütöv səthlə yerə basır (qırmızı).

Tətbiq etdiyimiz üsullar

Footscan ayaq analizi

Yastıayaqlıq və ayaq deformasiyalarının aparatla dəqiq qiymətləndirilməsi.

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Müalicəvi bədən tərbiyəsi (MBT)

Təkcə müalicə kifayət etmir — hərəkət də vacibdir. Ən yaxşı nəticə davamlı məşqlə əldə olunur.

Uşaq masajı

Gərgin və qısalmış əzələ qruplarını normallaşdırır, immunitetə müsbət təsir göstərir.

Onurğa və postur analizi

Bədənin necə dayandığı, hərəkət etdiyi və yükü necə payladığı bir çox funksional dəyişiklik haqqında məlumat v…

Pəncə müayinəsi

ELF Center-də uşaqda ayaqüstü pəncə müayinəsi
Pəncə qövsü ayaqüstü vəziyyətdə, çılpaq ayaqla qiymətləndirilir — yük altında qövsün necə davrandığı görünsün deyə.

Bu mövzuda oxumalı yazılar

Əlaqəli problemlər

Mənbələr və əlavə oxu

Görünüş və əlçatanlıq

Rejim
Mətn

Oxunaqlı rejimdə hərf və söz aralığı genişlənir, sətirlər uzanır, kursiv və böyük hərf yığını söndürülür.

Rəng
Keçidlər və göstərici

Kömekçi mətnlər açıq olanda ikon və düymələrin izahı kursor üzərinə gələndə və ya klaviatura ilə seçiləndə görünür.

Hərəkət və media

Seçimlər yalnız bu brauzerdə saxlanılır.

seç · Enter aç · Esc bağla