Uşaqlarda duruş pozğunluğu

Bir çiyin digərindən yuxarı, kürəkdə asimmetriya, tez yorulma — bunlar sadəcə vərdiş olmaya bilər.

1

Valideynlərin diqqət etməli olduğu əlamətlər

  • Çiyinlərdən biri digərindən aşağıdır
  • Çanaq nahiyəsində və qabırğa qövslərində əyrilik
  • Boyunda əyilmə və duruş pozğunluğu
  • Kürəkdə çıxıntı (qanad skapula)
  • İştahsızlıq, tez yorulma
  • Dərsdən sonra halsızlıq
  • Bel, boyun və ya ayaq ağrılarından şikayət
2

Ağır məktəbli çantası skolioz yarada bilərmi?

Bəli — xüsusən düzgün daşınmadıqda. Uşaq hər gün yaşına və çəkisinə uyğun olmayan ağır çantanı tək çiyində daşıyırsa, irəli əyilərək yeriyirsə, onurğa bir tərəfə yüklənir və əzələlər arasında balans pozulur.

  • Çanta çəkisi uşağın çəkisinin 10–15%-ni keçməməlidir
  • Hər iki çiyində daşınmalıdır
  • Uşağın duruşu mütəmadi yoxlanmalıdır
  • Erkən mərhələdə mütəxəssis baxışı çox önəmlidir
3

Skoliozun proqressiv olmaması üçün valideyn nə etməlidir?

  • Uşağı ortopedə və ya reabilitoloqa göstərin — səbəbi və dərəcəni bilmək vacibdir
  • Hər gün hərəkət və müxtəlif aktivlik: üzgüçülük, gimnastika, rəqs
  • İş yeri boya uyğun seçilməlidir: masa, stul, monitor göz səviyyəsində
  • Çanta və ayaqqabı yüngül, simmetrik və yaxşı dəstəkli olmalıdır
  • Xüsusilə böyümə dövrlərində (10–14 yaş) mütəmadi mütəxəssis nəzarəti
  • Arxa və tənəffüs məşqləri — reabilitoloqun nəzarəti ilə
  • Duruş, nəfəsalma və yuxuya diqqət — orta sərtlikdə döşək, hər gecə eyni pozada yatmamaq
  • Emosional vəziyyət də təsir edir — dəstək və güvən uşağın «dik durmasına» kömək edir
Duruş simmetriyası: şaqul xətti ilə müqayisəSimmetrikAsimmetrik
Şaqul xətti başın ortasından keçməli, çiyin və çanaq xətləri ona perpendikulyar olmalıdır. Sağda çiyin və çanaq asimmetriyası qırmızı ilə göstərilib — bu, skolioz üçün ilkin müayinə əlamətlərindən biridir.

Tətbiq etdiyimiz üsullar

Onurğa və postur analizi

Bədənin necə dayandığı, hərəkət etdiyi və yükü necə payladığı bir çox funksional dəyişiklik haqqında məlumat v…

Müalicəvi bədən tərbiyəsi (MBT)

Təkcə müalicə kifayət etmir — hərəkət də vacibdir. Ən yaxşı nəticə davamlı məşqlə əldə olunur.

Uşaq masajı

Gərgin və qısalmış əzələ qruplarını normallaşdırır, immunitetə müsbət təsir göstərir.

Şrot (Schroth) terapiyası

Skoliozun müalicəsində istifadə olunan xüsusi nəfəs və duruş terapiyası.

Gimnastika və fitness qrupları

Həftədə 2 dəfə — həm uşaqlar, həm də xanımlar üçün xüsusi proqram.

Bu mövzuda oxumalı yazılar

Əlaqəli problemlər

Mənbələr və əlavə oxu

Görünüş və əlçatanlıq

Rejim
Mətn

Oxunaqlı rejimdə hərf və söz aralığı genişlənir, sətirlər uzanır, kursiv və böyük hərf yığını söndürülür.

Rəng
Keçidlər və göstərici

Kömekçi mətnlər açıq olanda ikon və düymələrin izahı kursor üzərinə gələndə və ya klaviatura ilə seçiləndə görünür.

Hərəkət və media

Seçimlər yalnız bu brauzerdə saxlanılır.

seç · Enter aç · Esc bağla