Fasiya: bədəni başdan-ayağa birləşdirən gizli sensor sistem

Ağrının səbəbi həmişə hiss etdiyimiz yerdə olmur — bunun səbəblərindən biri fasiya sistemidir.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Fasiya sadəcə «əzələ örtüyü» deyil. O, bədənimizi başdan ayağa birləşdirən, hərəkəti koordinasiya edən və daxili balansı qoruyan canlı toxuma sistemidir. Eyni zamanda hər hissi anında beynə ötürən gizli sensor şəbəkədir.

1

Fasiya nə vaxt problem yaradır?

Travma, stress, əməliyyat, yanlış duruş və ya xroniki gərginlik zamanı fasiya sərtləşə, yapışa və hərəkəti məhdudlaşdıra bilər.

  • Uzun müddət eyni mövqedə qalmaq toxumalar arasında sürüşməni çətinləşdirir
  • Stress və hərəkətsizlik fasiyanın elastikliyini azaldır
  • Nəticə: sərtlik, gərginlik, hərəkət məhdudiyyəti, duruş pozuntusu
  • Bəzən emosional yüklənmə də fasiya gərginliyi kimi özünü göstərir
2

Fasiya ilə işləyəndə nə dəyişir?

  • Ağrı azalır
  • Hərəkət amplitudası artır
  • Qan və limfa dövranı yaxşılaşır
  • Sinir sistemi rahatlayır
3

Fasiyanı sağlam saxlamaq üçün

  • Düzgün su balansı
  • Müntəzəm və müxtəlif hərəkət
  • Uzun müddət eyni pozada qalmamaq
  • Lazım olduqda manual terapiya

Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Bununla bağlı problemlər

Bu mövzuda tətbiq etdiyimiz üsullar

Oxumağa davam et

Mənbələr və əlavə oxu

Görünüş və əlçatanlıq

Rejim
Mətn

Oxunaqlı rejimdə hərf və söz aralığı genişlənir, sətirlər uzanır, kursiv və böyük hərf yığını söndürülür.

Rəng
Keçidlər və göstərici

Kömekçi mətnlər açıq olanda ikon və düymələrin izahı kursor üzərinə gələndə və ya klaviatura ilə seçiləndə görünür.

Hərəkət və media

Seçimlər yalnız bu brauzerdə saxlanılır.

seç · Enter aç · Esc bağla