Skolioz diaqnozu yalnız Adams testi (öndən əyilmə testi) ilə kifayət etmir. Daha dəqiq nəticə üçün bir neçə göstərici birlikdə qiymətləndirilir.
1Tam qiymətləndirmə nələri əhatə edir?
- Görünən əlamətlər — çiyin hündürlüyü, kürək çıxıntısı, bel üçbucaqlarının asimmetriyası
- Oturaq Adams testi — funksional və struktural fərqi ayırd edir
- Skoliometriya — gövdə rotasiyasının dərəcə ilə ölçülməsi
- Ayaq uzunluğunun yoxlanması — fərq 5 mm-dən çoxdursa mütləq nəzərə alınır
- Çiyin–çanaq asimmetriyası və əzələ balansı
- Fasiyaların və hipermobilliyin qiymətləndirilməsi (Beighton testi)
Bundan sonra osteopatiya və fizioterapiya birlikdə tətbiq olunaraq vəziyyət stabilləşdirilir və proqress izlənilir.
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat